İkiqat təminatlı istiqraz

Double-barreled bond Bələdiyyə tərəfindən buraxılan və iki müxtəlif maliyyə mənbəyi ilə təmin edilən istiqraz (misal üçün, belə istiqrazlar üzrə ödənişlər maliyyələşdirilən investisiya layihəsinin gəlirləri hesabına və yuxarı hakimiyyət orqanının zəmanəti əsasında həyata keçirilə bilər).
İflas
İkili (ikiyaruslu) valyuta bazarı
OBASTAN VİKİ
İstiqraz
İstiqraz – onun sahibinin onu buraxmış şəxsdən istiqrazda nəzərdə tutulan müddətdə istiqrazın nominal dəyərini və ya başqa əmlak ekvivalentini almaq hüququnu təsdiqləyən qiymətli kağızdır. İstiqraz onun sahibinə həmçinin istiqrazın nominal dəyərindən faiz almaq hüququ və ya digər əşya hüquqları verə bilər. İstiqrazlar- onları buraxan qurumlardan gəlir əldə etmək hüququ verən qiymətli kağızlardır. İstiqrazlar təkrar bazarda təkrar satıla bilər. Daha sadə dildə belə izah edə bilərik: – istiqrazlar – müəyyən edilmiş məbləği vaxtında ödəmək öhdəliyini əks etdirən sənəddir. – istiqrazlar üzrə ödəniləcək məbləğ, onların alınmasına sərf olunan məbləğdən çoxdur. – istiqrazlar təkrar satıla bilər, bu halda onların müəyyən etdiyi məbləği ödəyəcək şəxs dəyişmir. Əksinə – vəsaiti alacaq şəxs dəyişir. İstiqrazların emitenti kimdir? İstiqrazların emitenti dedikdə, onları buraxan şəxs nəzərdə tutulur.
Xarici istiqraz
İkivalyutalı istiqraz
Təminatlı borc öhdəlikləri
Təminatlı borc öhdəlikləri (ing. Collateralized debt obligations, CDO) — adətən hüquqi şəxslərin borc öhdəlikləri ilə təmin edilmiş qiymətli kağızları. Bunlara açıq bazarda satılan korporativ istiqrazlar, institusional kreditorlar tərəfindən verilmiş kreditlər və sekuritizasiya əməliyyatlarının bir hissəsi kimi buraxılmış qiymətli kağızların tranşları daxildir. CDO-lara borcalanın kredit riskini daşıyan istənilən alətlər daxil ola bilər: kreditlər, istiqrazlar, kredit defolt svopları və s. CDO-ya daxil olan aktivlərin ya artıq reytinqi var, ya da reytinqə tabedir. Tipik olaraq, təminatlı borc öhdəlikləri tranşlarla buraxılır, onlar adətən yüksək səviyyəli (emissiyanın 70-80%-i, birinci ödənilməli olan, ən yüksək qiymətləndirilib), orta tranşlar (aşağı reytinq almış) və subordinasiyalı (adətən reytinqli deyil) kimi təsnif edilir. Girovlaşdırılmış borc öhdəlikləri portfelində defolt ehtimalını azaltmaq üçün o, bir-biri ilə zəif korrelyasiya olunmuş aktivləri əhatə edir. Diversifikasiya edilmiş portfel daha yüksək qiymətləndirilir və CDO borclanmasının dəyəri daha aşağıdır. Girovlu borc öhdəlikləri ən çox adlandırılanlardan birinə çevrildi. Böhran zamanı “toksik aktivlər”.
İkiqat dolma
Sumqayıt dolması və ya ikiqat dolma — dolma növü; Azərbaycanın milli mətbəxinə aid olan xörək. İlk dəfə Sumqayıt şəhərində yaranmışdır. Dolmanın adı da elə bu şəhərin adı ilə bağlıdır. Sumqayıt dolmasının reseptinin ideya müəllifi sumqayıtlı sahibkar, həkim, Sumqayıt "Dostlar klubu"nun sədri Hümbət Quliyevdir. Bu dolma növünün təqdimat mərasimi 2012-ci ilin oktyabrında keçirilmişdir. Bu dolmanın digərlərindən əsas fərqi odur ki, dolmaiçi inqrediyentlər əvvəl üzüm yarpağına, daha sonra isə ikinci qat olaraq kələm yarpağına bükülür. Bu ikiqat dolmada ayrı-ayrılıqda yarpaq və kələmdə olan çatışmazlıqlar aradan qaldırılır. Belə ki, ikiqat dolmada etibarlı hermetiklik təmin olunur; kələmə bükülmüş yarpaq özü də yaxşı bişir; kələm mədə-bağırsaqda üzüm yarpağının həzm olunmasına kömək edir. Bu dolmanı hazırlayarkən ölçüsü elə olmalıdır ki, bir dəfəyə tam şəkildə ağıza rahatlıqla yerləşə bilsin. Belə olarsa, ağızda dolma sıxılaraq "dad partlayışı" effekti yaradır ki, nəticədə də bütün dolmaiçi inqrediyentlərin, həm də yarpaq və kələmin təkrarolunmaz ləzzəti ortaya çıxır.
İkiqat inteqral
İkiqat inteqral birdən çox dəyişəni olan funksiyaların müəyyən inteqralının ümumi formasıdır, məsələn f(x, y) və ya f(x, y, z). R2 sahəsində ikidəyişənli funksiyanın inteqralı ikiqat inteqral,R3 sahəsində üçdəyişənli funksiyanın inteqralı isə üçqat inteqral adlanır. Birdəyişənli müsbət funksiyanın müəyyən inteqralının funksiya ilə x oxu arasındakı hissənin sahəsini ifadə etdiyi kimi, ikidəyişənli müsbət funksiyanın ikiqat inteqralı da funksiya tərəfindən təyin olunan əyri ilə (üçdəyişənli Kartezian müstəvisində z = f(x, y)) sahəni əhatə edən müstəvinin həcmini təyin edir. (Eyni həcm üçqat inteqralla da tapıla bilər f(x, y, z) = 1) Əgər funksiya çoxdəyişənlidirsə o zaman ikiqat integral çoxölçülü funksiyanın hiper həcmini ifadə edəcək. n > 1 halı üçün "yarı açıq" n-ölçülü hiper dördbucaqlı T domeninin təyinatı: T = [ a 1 , b 1 ) × [ a 2 , b 2 ) × ⋯ × [ a n , b n ) ⊆ R n . {\displaystyle T=\left[a_{1},b_{1}\right)\times \left[a_{2},b_{2}\right)\times \cdots \times \left[a_{n},b_{n}\right)\subseteq \mathbf {R} ^{n}.} Hər interval bölgüsü [aj, bj) sonlu Ij ailəsinin örtüşməyən alt intervalı olan ijα, ilə sol tərəfdən bağlı sağ tərəfdən isə açıqdır. Beləliklə sonlu alt dördbucaqlı ailəsi olan C C = I 1 × I 2 × ⋯ × I n {\displaystyle C=I_{1}\times I_{2}\times \cdots \times I_{n}} şəklində verilir və T `nin bir bölgüsüdür;alt dördbucaqlı Ck örtüşməyəndir və onların birləşməsi T `dir. f : T → R , Tüzərində təyin olunan funksiyadır. Hesab edək ki T `nin hissəsi olan C, m ald dördbucaqlılar ailəsidir, Cm və T = C 1 ∪ C 2 ∪ ⋯ ∪ C m {\displaystyle T=C_{1}\cup C_{2}\cup \cdots \cup C_{m}} (n + 1) ölcülü həcmin Riman cəmi ∑ k = 1 m f ( P k ) m ⁡ ( C k ) {\displaystyle \sum _{k=1}^{m}f(P_{k})\,\operatorname {m} (C_{k})} Pk , Ck `da yerləşən nöqtədir və m(Ck) intervalların uzunluqları hasilidir. S = lim δ → 0 ∑ k = 1 m f ( P k ) m ( C k ) {\displaystyle S=\lim _{\delta \to 0}\sum _{k=1}^{m}f(P_{k})\,\operatorname {m} \,(C_{k})} .
İkiqat zərbə
İkiqat zərbə (ing. Double Impact) — 1991-ci ildə Şeldon Lettiç tərəfindən çəkilən ABŞ filmidir. Filmdə baş rolu canlandıran Jan-Klod Van Damm, filmin ssenari müəllifi və prodüserlərindən biridir. İkiqat zərbə — Internet Movie Database saytında.
İkiqat lələkyarpaq yatıqqanqal
İkiqat lələkyarpaq yatıqqanqal (lat. Bidens bipinnata) — bitkilər aləminin astraçiçəklilər dəstəsinin mürəkkəbçiçəklilər fəsiləsinin yatıqqanqal cinsinə aid bitki növü.
İkiqat şah (şahmat)
İkiqat şah — Şahmat termini. Eyni vaxtda iki fiqurun şaha təhlükə törətməsi.
Zombilənd: İkiqat Atəş
Zombilənd: İkiqat Atəş (ing. Zombieland: Double Tap) — Ruben Fleyşerin rejissorluğu ilə 2019-cu ildə çəkilmiş postapokaliptik zombi komediya filmi. Bu "Zombilənd" filminin davamıdır. Filmdə hadisələr Ağ Evdə keçir. Amansız və qorxmaz dörd zombi ovçusu daxili səyahətlərini davam etdirir. Bu dəfə onlar yalnız canlı ölülərin yeni növləri ilə mübarizə aparmalı, digər sağ qalanlarla da tanış olmalıdırlar. Bundan əlavə, qəhrəmanlarımızın sıralarında ciddi fikir ayrılığı müşahidə olunur.
İkiqat Sosialist Əməyi Qəhrəmanı
İki dəfə Sosialist Əməyi Qəhrəmanı — 221 nəfər bu ada layiq görülüb.
İkiqat Sovet İttifaqı Qəhrəmanı
İkiqat Sovet İttifaqı Qəhrəmanı (rus. Дважды Герои Советского Союза) — 154 nəfərə verilmiş SSRİ-nin qəhrəmanlıq medalı. İkinci dəfə Sovet İttifaqı Qəhrəmanı adı verilən şəxslərə ikinci dəfə "Qızıl Ulduz" medalı verilərək, vətənində ona burunc büst qoyulurdu. Azərbaycanda bu ada ikinci dəfə general-mayor Həzi Aslanov layiq görülmüşdür.
İkiqat lələkyarpaq yalançı sabunağacı
İkiqat lələkyarpaq yalançı sabunağacı (lat. Koelreuteria bipinnata) Şimali Çin, Kоrеya və Şərqi Mоnqоlustanda yayılmışdır. Hündürlüyü 8 m-ə çatan dеkоrativ ağacdır. Yarpaqları lələkvaridir. Yarpaq bölünməsinin üç hissəli olması bitkiyə daha çox dekorativ görünüş verir. Bölünmənin birinci cərgəsi cüt-lələkvari, ikincisi (xırda yarpaqların hissələrə bölünməsi) cüt olmayan lələkvaridir. Yayın ortalarında, çiçəkləmə dövründə, tünd yaşıl çətiri çoxsaylı və iri sarı çiçəklərlə örtüldükdə çox gözəl olur. Çiçəkləri yazda cüt, ağ, içərisi yumru, xırda, qara- qonur, bərk toxumludur. Çiçəkləyir və cücərmə qabiliyyətinə malik tоxum vеrir. Tоxumlar və kök pöhrələri ilə çоxalır.
İkiqat partlayış (film, 1994)
İkiqat partlayış (ing. Double Blast) — 1994-cü ildə Tim Sprinq tərəfindən çəkilən döyüş filmi janrlı ABŞ filmidir. Klaudia arxeoloq qadındır. Kikboks üzrə çempionla birlikdə qızıl axtarışına çıxırlar, lakin bu axtarışda çoxlu macəralar baş verir… İkiqat partlayış — Internet Movie Database saytında.
İkiqat zərbə (film, 1991)
İkiqat zərbə (ing. Double Impact) — 1991-ci ildə Şeldon Lettiç tərəfindən çəkilən ABŞ filmidir. Filmdə baş rolu canlandıran Jan-Klod Van Damm, filmin ssenari müəllifi və prodüserlərindən biridir. İkiqat zərbə — Internet Movie Database saytında.
Zombilənd: İkiqat Atəş (film, 2019)
Zombilənd: İkiqat Atəş (ing. Zombieland: Double Tap) — Ruben Fleyşerin rejissorluğu ilə 2019-cu ildə çəkilmiş postapokaliptik zombi komediya filmi. Bu "Zombilənd" filminin davamıdır. Filmdə hadisələr Ağ Evdə keçir. Amansız və qorxmaz dörd zombi ovçusu daxili səyahətlərini davam etdirir. Bu dəfə onlar yalnız canlı ölülərin yeni növləri ilə mübarizə aparmalı, digər sağ qalanlarla da tanış olmalıdırlar. Bundan əlavə, qəhrəmanlarımızın sıralarında ciddi fikir ayrılığı müşahidə olunur.

Значение слова в других словарях